Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qırğızıstan prezidentindən turistlər üçün yeni viza təklifi
"Mərkəzi Asiya regionu ölkələri öz aralarında vizasız rejim, turistlər üçün isə region boyunca sərbəst hərəkət imkanı verən vahid viza rejimi tətbiq etməlidir".
Oxu.Az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov "Facebook" sosial şəbəkə hesabında Tacikistanla sərhədin delimitasiyası prosesinin başa çatmasını şərh edərkən bildirib.
"İndi Mərkəzi Asiya ölkələri öz aralarında vizasız rejimin, digər dövlətlərdən gələn qonaqlar üçün isə Şengen vizası kimi regionun bütün ölkələrində sərbəst hərəkət etməyə imkan verən vahid vizanın tətbiqinə başlamalıdır", - deyə o qeyd edib.
"Sadır Japarov" teqi üzrə xəbərlər
- Qırğızıstan prezidenti sabiq ölkə başçısının qohumlarına xəbərdarlıq edib: "Həbs olunacaqsınız"
- Qırğızıstan Tacikistanla münaqişəli əraziləri mübadilə edib
- Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər
- Qırğızıstan prezidenti baş naziri vəzifədən azad etməsinin səbəbini açıqladı
- Qırğızıstanda yeni hökumət başçısı təyin edildi
Ən çox oxunanlar