Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Artis Pabriks: "Yeni dünya düzəni hələ tamamlanmayıb, vəziyyət daha da pisləşə bilər"
"Mənim bir yaxşı, bir də pis xəbərim var. Pis xəbərim odur ki, yeni dünya düzəninin ortaya çıxması, köhnə düzənin yoxa çıxması hələ son deyil. Bundan daha pis olacaq. Yaxşı xəbərim isə fırtınadan sonra sakitliyin çökəcəyidir".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Latviya Respublikasının sabiq müdafiə naziri, sabiq xarici işlər naziri Artis Pabriks deyib.
Onun sözlərinə görə, kiçik və orta dövlətlər böyük gücə malik olmadıqları üçün dünya ictimaiyyətinə daha çox güvənirlər, beynəlxalq təşkilatlarda ədalət axtarır və müdaxilə edə biləcək tərəfdaşlar tapmağa çalışırlar.
"Orta və kiçik güclər üçün əsas narahatlıq - böyük güclərin sahib olduqları gücdən ədalətli istifadə edib-etməməsidir", - deyə o vurğulayıb.
Sabiq nazir əlavə edib ki, dünyada iki supergüc - ABŞ və Çin var və bu ölkələr müəyyən şəraitdə istədikləri zaman qlobal sabitliyi təmin edə bilərlər.
"Onlar dünyada, məsələn, Ukraynada sülhü bərqərar edə biləcək yeganə ölkələrdir", - deyə Pabriks qeyd edib.
Aləmdə Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- "Haber Global" XII Qlobal Bakı Forumunu Qafqazın "Münhen konfransı" kimi təqdim edib
- Bakı Forumu: Ermənistanın və onun "böyük qardaşı"nın ifşası
- Boris Conson: "COP29-da Azərbaycanın bir sıra şirkətləri müzakirələrin fəal iştirakçılarından olub"
- Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
- Anar Quliyev: "Azərbaycan tərəfdaş ölkələrə yardım göstərməyə hazırdır"