Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Haber Global" Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişi ilə bağlı süjet hazırlayıb
"Zəruri addımların atılacağı təqdirdə, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının hazırladığı materialda bildirilib.
Süjetdə Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişi ilə bağlı rəsmi Bakının irəli sürdüyü şərtlərə də toxunulub:
"Bildiyimiz kimi, XII Qlobal Bakı Forumu davam edir. Forumun əhəmiyyəti Prezident İlham Əliyev tərəfindən vurğulanıb. O, bu forumda dünya üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğunu bildirib.
Hazırda gündəmdəki əsas məsələ Ermənistan-Azərbaycan mövzusudur. İki ölkə arasında sülh sazişi layihəsindəki 17 maddə artıq razılaşdırılıb.
Bununla belə, sülh sazişinin imzalanması üçün rəsmi Bakı Ermənistanın qarşısında Azərbaycana qarşı ərazi iddialarından imtina, ATƏT-in Minsk qrupunun ləğvi, həmçinin Ermənistanın silahlanmasının dayandırılması və üçüncü ölkələrin regiona müdaxiləsinə şərait yaratmaması şərtini irəli sürüb.
Bunların da icra olunması üçün Ermənistanın öz konstitusiyasını dəyişdirməsi lazımdır. Bu addımlar atılarsa, sülh sazişi imzalana bilər".
Ətraflı süjetdə:

"Haber Global" teqi üzrə xəbərlər
- "Haber Global" XII Qlobal Bakı Forumunu Qafqazın "Münhen konfransı" kimi təqdim edib
- "Haber Global": "Bakı Ermənistandan konstitusiyasını yeniləməsini gözləyir"
- "Haber Global" XII Qlobal Bakı Forumu barədə reportaj hazırlayıb
- "Haber Global": Trampın qlobal planları həyata keçəcəkmi?
- Ronaldu Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi