Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Haber Global" XII Qlobal Bakı Forumu barədə reportaj hazırlayıb
Türkiyənin "Haber Global" telekanalı XII Qlobal Bakı Forumu barədə reportaj hazırlayıb.
Oxu.Az xəbər verir ki, süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış nitqində səsləndirdiyi fikirlərə toxunulub.
"Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür", - Azərbaycan Prezidenti açılış nitqində söyləyib.
Bildirilib ki, Prezident İlham Əliyev həmçinin İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxan yeni geosiyasi reallıqlara da diqqət çəkib: "İlham Əliyev ABŞ-də fəaliyyət müddəti başa çatan Cozef Bayden administrasiyasını da tənqid edib, keçmiş dövlət katibi Antoni Blinkenin siyasətinin ikitərəfli münasibətlərin səviyyəsini sıfıra endirdiyini bildirib".
Qeyd edək ki, XII Qlobal Bakı Forumu martın 15-də başa çatacaq.
Ətraflı süjetdə:

"Haber Global" teqi üzrə xəbərlər
- Ağır xəstəliklə mübarizə aparan türkiyəli məşhur müğənninin vəziyyəti kəskin pisləşdi
- "Haber Global": Trampın qlobal planları həyata keçəcəkmi?
- Ronaldu Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi
- Türkiyədə məşhur iş adamı saxlanıldı
- Hamilə qadınlar oruc tuta bilərmi? - Türkiyəli həkim təhlükələrdən danışdı