Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

NATO rəsmisi: "Razılaşmalar Bakı-İrəvan münasibətlərinin tam normallaşmasına zəmin yaradacaq"
"Əldə olunan razılaşmalar Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin yaradacaq".
Oxu.Az xəbər verir ki, bu barədə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "X" sosial şəbəkə hesabında Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları şərh edərkən yazıb.
"Bu, çox gözəl xəbərdir. Mən üç il ərzində NATO-nun regiondakı xüsusi nümayəndəsi kimi Cənubi Qafqazda baş verən prosesləri yaxından izləyirəm. Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin yaradacaq bu böyük nailiyyət münasibətilə tərəfləri təbrik edirəm", - deyə o vurğulayıb.
Excellent news. For three years I followed events in the South Caucasus closely as NATO Special Representative for the region. I congratulate sides for a great achievement, that should pave the way for the full normalisation of relations between Armenia 🇦🇲 and Azerbaijan 🇦🇿 https://t.co/1w5G3vSdqx
— Javier Colomina (@JavierColominaP) March 14, 2025
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)" teqi üzrə xəbərlər
- Mark Rütte: "Ukraynanın NATO-ya daxil olması artıq nəzərdən keçirilmir"
- Uşakov Ukraynanın NATO-ya daxil olmasına Rusiya və ABŞ-nin münasibətini açıqladı
- Srgjan Kerim: "BMT TŞ-nin tərkibi dəyişməlidir, nizamnamə müqəddəs kitab deyil"
- "The Wall Street Journal": Avropa ABŞ-nin dəstəyi olmadan Rusiyaya qarşı tab gətirə bilməz
- Sergey Lavrov fon der Lyayeni "fürer Ursula" adlandırdı