Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Fəridə Musazadə məlumat verib.
O bildirib ki, övladı ehtiyatsızlıq səbəbindən yanıb.
"Banu bir yaş beş aylıqdır. Noyabrın 24-ü ehtiyatsızlıq səbəbindən üzərinə qaynar su tökülüb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirdik. Biz orada bir aya yaxın müalicə aldıq. Hazırda evə çıxmışıq".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Banunun sinəsi, qolları və üzü yanıb. Hazırda onun müalicəsini davam etdirmək üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 536-37-83.
Kapital Bank: 4169 7388 4649 9188.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- İki ağır xəstəliklə mübarizə aparan Nurayın dəstəyə ehtiyacı var
- Xəstə övladı olan ana fəryad edir: "Uşaqlar həyətdə oynayanda Mahir pəncərədən baxıb ağlayır"
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Üç yaşlı Zəhranın müalicə üçün dəstəyə ehtiyacı var
- Xərçənglə mübarizə aparan 16 yaşlı Pınarın anası yardım diləyir