Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda bir dövlət qurumunun elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq
Martın 30-31-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) elektron informasiya resurslarında dayanıqlığın və keyfiyyətin artırılması məqsədilə profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır.
Oxu.Az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu səbəbdən göstərilən tarixlərdə "e-emlak.gov.az" portalında yerləşdirilmiş bəzi elektron xidmətlərdən istifadə mümkün olmayacaq.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar