Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda yeni istiqamət üzrə sahibkarlara güzəştli kreditlər veriləcək
Ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlər veriləcək.
Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nda əksini tapıb.
Strategiyaya əsasən, 2025-2028-ci illərdə İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə birlikdə ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsini təmin etməlidir.
Bu illər ərzində sahibkarlıq subyektlərinin süni intellektin tətbiqi ilə bağlı üzləşdikləri maliyyə çatışmazlığının tədqiq olunacaq. Sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanacaq və təsdiq üçün təqdim olunacaq. Eyni zamanda güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə təşviqat tədbirləri həyata keçiriləcək. Belə ki, azı 50 sahibkarlıq subyektinə güzəştli kredit veriləcək.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanın dövlət borcu nə qədərdir?
- Azərbaycanın icmal büdcəsində iki milyard manata yaxın qalıq yaranıb
- I rübdə Qarabağ və Şərqi Zəngəzura bir milyard manata yaxın pul qoyulub
- Əli Əsədovdan Ədliyyə Nazirliyinin əməkdaşlarının maaşları ilə bağlı QƏRAR
- Hesablama Palatası: "İşsizlikdən Sığorta Fondu bəzi xərcləri hesabatdan kənarda saxlayıb"