Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ançelotti Arda Güleri təriflədi
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Türkiyə millisinin futbolçusu Arda Güler üçün tərif dolu ifadələr işlədib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, İspaniya La Liqasının 29-cu turunda keçirilən olduqca həyəcanlı qarşılaşmada "Real Madrid" doğma meydanda qəbul etdiyi "Leqanes"i 3-2 hesabı ilə məğlub edib.
Ancelotti matçdan sonra təşkil edilən mətbuat konfransında açıqlama verib. Təcrübəli məşqçi Gülerin oyundakı çıxışından razı qaldığını bildirib.
"Yaxşı oynadı və səviyyəsini göstərdi. Topu çox yaxşı yönləndirir və oyunu çox yaxşı oxuyur. Komandada bizim hücumçular qədər parlamasa da, daha çox faydalı idi", - deyə o qeyd edib.
Xatırladaq ki, qarşılaşmaya ilk 11-də başlayan Ardanı matçın 62-ci dəqiqəsində Rodriqo əvəzləyib.
"Arda Güler" teqi üzrə xəbərlər
- "Real Madrid" Arda Güler üçün gələn bütün təklifləri geri qaytardı
- İspaniya La Liqası: Arda Güler möhtəşəm qol vurdu, "Kral klubu" qələbəyə sevindi
- "Real Madrid" klubunda 50-ci oyununa çıxan Arda Güler "Fənərbağça"ya milyonlar qazandırdı
- İspaniyalı jurnalist Tomas Roncero: "Arda Güler Qutinin DNT-sinə sahibdir"
- La Liqa: Arda Gülerin qolu "Real Madrid"ə qələbə qazandırdı