Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İmam qəbrin üstünə niyə qida qoyulmasından DANIŞDI: "Yas məclisi yeməkxana deyil"
Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında Ağabalabəy cümə məscidinin imamı Saleh Davudovla dini-mənəvi mövzular müzakirə edilib.
O qeyd edib ki, əsl insani keyfiyyət qəlbin təmiz olmasıdır:
"Ürək təmiz olmasa, onda kin, həsəd paxıllıq olacaq. Həsəd paxıllıqdan pisdir. Paxıllıq odur ki, kimdəsə yaxşı bir şey olanda deyirsən ki, məndə niyə yoxdur. Həsəd isə kimdəsə yaxşı bir şeyin olmasını istəməməkdir".
Yas mərasimlərindən danışan imam qeyd edib ki, əvvəllər kimsə vəfat edəndə camaat ölü sahibinin evinə üç gün özü ilə yemək aparırdı:
"Bu, məclis sahibinə dəstək olunması, yemək-filan hazırlamaq fikrinə düşməməsi üçün edilirdi. Çünki həmin vaxt insanın başı hüznə qarışır. Sovet dövründə isə bu adət sıradan çıxdı. Bülbülə qəsəbəsində də bu adət yox olmağa doğru gedirdi. Amma bir dəfə yas mərasimində imkanlı ağsaqqal söylədi ki, mənim ehsan verməyə imkanım var, amma bunu etməmək daha yaxşıdır. Yas məclisi yeməkxana deyil. Artıq Bülbülədə mərasimlərin çoxu xurma, halva, çayla keçir".
S.Davudov qəbrin üstünə qida qoyulmasının səbəbinə də aydınlıq gətirib:
"Kasıb insanlar kiməsə ağız açıb ehtiyaclarını deyə bilmirdilər. Ona görə də, camaat qəbrin üstünə düyü, yaxud şirniyyat kimi qidalar qoyurdu ki, həmin adamlar gəlib aparsınlar".
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Söküntü zamanı yaranan problemlərin səbəbkarı kimlərdir?
- Bakı sakinləri nikah müqaviləsi barədə nə düşünürlər?
- Qərbi Azərbaycan Xronikası: "Erməni düşüncəsinə görə, Türk öldürülməlidir"
- Marko Rubio Ermənistan və Azərbaycan arasında mümkün sülh sazişini təqdir edib
- Bakı sakinləri Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı nə düşünürlər?