Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Husilər Ben Qurion hava limanına növbəti raket zərbəsi endirib
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər ballistik raketdən istifadə edərək Tel-Əvivin Ben Qurion hava limanına növbəti dəfə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalının efirində bildirib.
"Raket Qüvvələri hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı "Zulfikar" tipli ballistik raketlə işğal olunmuş Yaffa bölgəsində (Təl-Əviv - red.) Ben Qurion hava limanını vurublar. Husilərin rəhbərlik etdiyi silahlı qüvvələrin nümayəndəsinin sözlərinə görə, əməliyyat uğurla başa çatıb", - məlumatda bildirilib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndən atılan raketi ölkənin hava məkanına daxil olmazdan zərərsizləşdirdiyini bildirib. İsrailin bəzi bölgələrində, o cümlədən Təl-Əvivdə hava hücumu xəbərdarlığı edilib.
"Ənsar Allah (husilər)" teqi üzrə xəbərlər
- Pentaqon husilərə qarşı əməliyyata başlayır: Regiona 300-dən çox amerikalı hərbçi gedib
- ABŞ husilərin nəzarətində olan Səna aerodromunu vurdu
- Husilər son sutka ərzində ABŞ aviadaşıyıcısına üç dəfə hücum ediblər
- Ağ Evin gizli yazışmasına sızmaya görə Pentaqon rəhbəri istefa verəcək?
- Pentaqon rəhbəri və yüksəkvəzifəli şəxslər məhkəməyə verildilər: Qrup çatındakı söhbətlərinə görə