Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

26 yaşlı Nahidə övladını maşında dünyaya gətiribmiş: 4 uşaq anasının ölümünün TƏFƏRRÜATI
Cəlilabad rayonunda doğuş edən qadının müəmmalı ölümü ilə bağlı mərhumun yaxınları Baku TV-yə danışıblar.
Qadının anasının sözlərinə görə, həkim doğuşdan sonra ananın da, uşağın da vəziyyətinin yaxşı olduğunu deyib:
"Səhər həkimin yanına apardım. Dedi ki, hələ uşaq olmayacaq. Evə gətirəndə qızımın ağrıları başladı. Təzədən xəstəxanaya apardım, yolda uşaq dünyaya gəldi. Həkim dedi ki, uşaq da sağlamdır, ana da. Gecə 12-də komaya düşüb, qayınatasına zəng ediblər. O da deyib ki, gəlinim deyil, düşmənimdir".
Qeyd edək ki, Cəlilabadın Soyuqbulaq kənd sakini, 26 yaşlı Nahidə Abbasova uşaq dünyaya gətirdikdən sonra vəfat edib. Bu, qadının 4-cü hamiləliyi olub.

Cəlilabad rayonunun Soyuqbulaq kənd sakini, 26 yaşlı Nahidə Babək qızı Abbasova dördüncü övladını dünyaya gətirdikdən sonra həyatını itirib.
Oxu.Az Bizim.Media-ya istinadla xəbər verir ki, N.Abbasova martın 8-də hamiləliyinin yoxlanılması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Lakin ona bir həftə sonra yenidən gəlməsi tövsiyə edilib. Yaxınları ilə evə qayıdarkən, yolda doğuş başlayıb və doğuş avtomobildə qeyri-peşəkar şəraitdə həyata keçirilib. Daha sonra o, təcili olaraq xəstəxanaya çatdırılıb.
Yaxınlarının dediyinə görə, N.Abbasova xəstəxanaya sağlam vəziyyətdə qəbul edilib.
Lakin axşam saatlarında vəziyyəti pisləşib və komaya düşüb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində 12 gün qalan qadın, bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.
Xəstəxananın Reanimasiya şöbəsinin həkimi Yusif Xankişiyev bildirib ki, xəstəxanaya gətirilən zaman N.Abbasovanın vəziyyəti kafi, huşu aydın olub. Lakin həmin günün sonunda xəstənin vəziyyəti pisləşib və Reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-in açıqlamasına görə, zahı qadının uşaqlıq yolunun müayinəsində iki ədəd kapsullaşmış kista aşkar edilib. Bütün reanimasiya tədbirlərinə baxmayaraq, 20 mart 2025-ci il tarixində saat 17:30-da beyin ölümü qeydə alınıb.
Vəfat edən Nahidə Abbasova Soyuqbulaq kənd məzarlığında dəfn edilib. Onun dünyaya gətirdiyi uşaq isə hazırda ana valideynlərinin nəzarətində və himayəsindədir.
Baş vermiş ölüm faktı əsasında araşdırmalar davam etdirilir.
Cəlilabadda doğuşdan sonra vəfat edən qadının ölümü ilə bağlı bəzi məqamlar açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda qeyd olunub ki, martın 8-i saat 20:00-da 1999-cu il təvəllüdlü (qadın cinsli) şəxs evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə daxil olub:
"Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində iki ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib.
Gecəyarısı qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb.
Bütün reanimasiya tədbirlərə baxmayaraq, martın 20-si saat 17:30-da ölüm faktı qeydə alınıb",-deyə məlumatda bildirilib.
Aygün Mirakif
Cəlilabad rayonunun Soyuqbulaq kəndində evdə doğuş edən qadın dünyasını dəyişib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, kənd sakini, Nahidə Abasovanın doğuşdan sonra səhhətində problemlər yarandığı üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qadın bir həftə xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, o, bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.