Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AYNA: "Bakıdan bölgələrə iki gündə 28 minə yaxın sərnişin daşınıb"
Bakıdan Azərbaycanın bölgələrinə martın 19-20-si tarixlərində 760 reyslə 27 832 sərnişin daşınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
"Gücləndirilmiş rejimin ilk iki günü ərzində rekord göstəricilər qeydə alınıb. Birinci gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 386 reyslə 14 mindən çox, ikinci gün isə BBAK-dan 374 reyslə 13 824 sərnişin daşınıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib", - məlumatda deyilir.
Sərnişinlərin 48%-i biletlərini onlayn qaydada Biletim.az portalından əldə edərək səfərlərini reallaşdırıb.
Qeyd olunub ki, ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Taksi sürücüləri AYNA-nın qərarlarına etiraz olaraq işə çıxmaqdan imtina edirlər
- Son beş gün ərzində Bakıya region avtovağzallarından 25 mindən çox sərnişin daşınıb
- Nişanlar olmayan yol: Tez-tez qəzalar baş verir
- Bakıda qoşa xətlərin silinməsi sürücülərin cərimələnməsinə səbəb olur
- Əhalinin NƏZƏRİNƏ: Sabah Bakının bir küçəsi nəqliyyat üçün BAĞLANACAQ