Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əcnəbilər Azərbaycan mətbəxində ən çox hansı yeməkləri sevirlər?
Milli mətbəximizin nə qədər zəngin olduğu dünyaya bəllidir. Bunu Azərbaycanın qonağı olan, bu təamlardan dadan hər kəs təsdiq edə bilər.
Kulinarlar deyirlər ki, mətbəximizdə 5 min çeşid yemək var. Bəs maraqlıdır, ən çox sifariş edilən milli yeməklərimiz hansılardır?
Baku TV-nin mövzu ilə bağlı paytaxt sakinləri və turistlər arasında apardığı sorğuya əsasən, yerli sakinlər plov və kababı daha çox sevirlər.
"Qışda buğlama, cız-bız, kabablar, yayda manqal salatı, pomidor, kələm dolmasına üstünlük veririk", - deyə sakinlərdən biri söyləyib.
Əcnəbilərin çoxu isə Azərbaycan mətbəxində ən çox dolmanı sevdiyini deyir.
"Azərbaycan yeməklərini sevirəm. Dolma, plov çox dadlıdır. 4 gün də buradayam, başqa yeməkləri də kəşf edəcəyəm", - deyə turistlərdən biri qeyd edib.
Ətraflı süjetdə:

"Azərbaycanda turizm" teqi üzrə xəbərlər
- Yırtıcı heyvan, zəhərli ilan, ekstremal şərait - Fotoqraf Saleh Baxşıyevin gözündən təbiətə baxış
- Məşhur rusiyalı aktrisa Alena Kolomina Bakı ilə bağlı arzusundan danışdı
- Azərbaycanda ən çox pul xərcləyən turistlər hansı ölkələrdən gəlirlər?
- Azərbaycana gələn turistlərin sayı NİYƏ AZALIB?
- Ceyhun Aşurov: "Turistlərin Azərbaycana gəlməsi üçün DAHA ÇOX səbəblər yaratmalıyıq"