Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Qarabağ"ın və millinin üzvü Avropa klubuna keçir
"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə karyerasını ölkə xaricində davam etdirəcək.
Oxu.Az Football.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Norveçin "Molde" klubuna keçəcək.
O, transfer məsələsini həll etmək üçün artıq Norveçə yollanıb. Baş tutacaq keçidin detalları hələlik açıqlanmasa da, "Molde"nin Ağdam təmsilçisinə təxminən 400 min avro ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, N.Axundzadə bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "köhlən atlar"la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Misli Premyer Liqası: "Zirə" doğma meydanda üç xala sevinib
- "Sumqayıt" - "Sabah" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib
- "Qarabağ"la Nəriman Axundzadə ilə bağlı razılıq əldə edə bilməyən "Molde" yeni hücumçu tapıb
- "Qarabağ" müdafiəçisinə yeni komanda tapmasını tapşırdı
- PAOK "Qarabağ"ın sabiq qolkiperini heyətinə qatıb
Ən çox oxunanlar