Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Putin 160 min nəfərin orduya çağırışı haqqında fərman imzaladı
Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə yaz çağırışı haqqında fərman imzalayıb.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, sənəd rəsmi olaraq dərc edilib.
"2025-ci il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18-30 yaş arası Rusiya vətəndaşlarının 160 000 nəfər sayında hərbi xidmətə çağırılmasını həyata keçirmək", - deyə fərmanda bildirilir.
Qeyd edək ki, 2024-cü ildə yaz çağırışı 150 000 nəfəri, 2023-cü ildə 147 min nəfəri, 2022-ci ildə isə 134 500 nəfəri əhatə edib. Artım Putinin Rusiya ordusunun sayının mərhələli şəkildə artırılması haqqında fərmanlarının həyata keçirilməsi ilə bağlıdır. 2022-ci ilin əvvəlində Rusiyada təxminən 1 milyon hərbçi olub. Üç il ərzində ştat sayı 1.5 milyon nəfərə qaldırılıb.
"Hərbi xidmətə çağırış" teqi üzrə xəbərlər
- Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edilib
- Azərbaycanda sabiq yüksəkrütbəli məmur vəfat etdi
- Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
- Hərbi geyim forması ilə bağlı qaydanı pozanlar 1000 manatadək cərimə oluna bilərlər