Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paşinyan və Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İrəvanda martın 31-də Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb.
"Tərəflər Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması barədə müqavilə layihəsinə toxunublar. Ermənistanın baş naziri və Almaniyanın prezidenti Cənubi Qafqazda sülh və stabillik naminə bu müqavilənin imzalanmasının vacibliyini vurğulayıblar", - məlumatda qeyd olunub.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Ermənistanın baş qərargah rəisinin Qarabağın işğalında iştirakını sübut edən material tədqiq edilib
- Arayik Arutyunyan işğal edilmiş ərazilərdə qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı
- Ermənistan "Avropa Siyasi Birliyi" sammitinin Azərbaycanda keçirilməsini dəstəkləyir
- Qərbi Azərbaycan Xronikası: Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb
- Qərbi Azərbaycan Xronikası: "Ermənistan xuliqanlar və avaralar ölkəsinə çevrilib"
Ən çox oxunanlar