Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qazaxıstanda daha bir zəlzələ qeydə alınıb
Qazaxıstanın cənubunda 5 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzində məlumat verilib.
Zəlzələnin episentri Qırğızıstan ərazisində yerləşir. Yeraltı təkanlar Merke (Qazaxıstan) və Bişkek (Qırğızıstan) yaxınlığında da hiss edilib.
Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.
Qazaxıstanın mərkəzi hissəsində 5.2 maqnitudada zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 15,9 min nəfərin yaşadığı Merke kəndindən 23 km cənub-qərbdə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.