Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Almaniyada qəribə hadisə: Polis saatlarla qadın kuklanın "qətlini" araşdırdı
Almaniyada maraqlı və qəribə hadisə baş verib. Polis beş saat ərzində rezindən hazırlanmış qadın kuklanın "qətlini" araşdırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri yazıb.
Məlumata görə, polis qurbanın kukla olduğunu bilmədən saatlarla araşdırma aparıb.
Bildirilir ki, "cəsəd" yerli sakinlərdən biri tərəfindən aşkar edilib. Kişi itini gəzdirərkən tərk edilmiş bir binanın yaxınlığında plastik torbanın içində yanmış qadın qalıqlarına rast gəlib. O, dərhal polisə zəng edib. Hadisə yerinə polislər, müstəntiqlər, məhkəmə-tibbi ekspertləri gəliblər. Ərazi mühasirəyə alınıb, hərtərəfli araşdırma üçün fotoşəkillər çəkilib, dronlar işə salınıb, 3D skanerlərdən istifadə olunub.
Yalnız beş saatlıq araşdırmadan sonra kriminalistlərdən biri tapıntını ətraflı yoxlamaq və "cəsəd"ə toxunmaq qərarına gəlib və bu zaman qarşılarında insan deyil, sadəcə rezindən kukla olduğunu başa düşüb.
Bundan sonra polis işi dərhal bağlayıb, kukla isə çantaya qoyularaq utilizasiya edilib.
"Almaniya" teqi üzrə xəbərlər
- Şampan qutularında gizlənən tarix: Argentinada təsadüfən Hitlerin imzası olan sənədlər tapıldı
- Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüsünü dəstəkləyib
- Hamburqda futbol coşqusu: 44 azarkeş xəsarət aldı
- ABŞ-dən Almaniyanın Ukraynaya "Patriot" raketləri göndərməsinə "yaşıl işıq"
- Holokostun ən məşhur şahidlərindən biri Qələbə Günündə dünyasını dəyişdi