Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Myanmada yeni güclü zəlzələ qeydə alındı
Myanmanın Mandalay şəhərində 5 bal gücündə yeni zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Məlumata görə, yeraltı təkan Bakı vaxtı ilə saat 15:01-də Mandalaydan 16 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.
Mandalayda 1.2 milyondan çox insan yaşayır. Dağıntılar və insanlar üçün fəsadlar barədə məlumat verilməyib.
Xatırladaq ki, martın 28-də Myanmada hər birinin maqnitudası 7.7 olan bir neçə güclü zəlzələ baş verib. Afterşoklar Tailand, Çin və Vyetnamda da hiss olunub.
"Myanmada güclü zəlzələ" teqi üzrə xəbərlər
- Myanmada hərbi xunta üsyançıların olduğu bölgələrə humanitar yardıma icazə vermir
- Myanmada zəlzələdən beş gün sonra kişi dağıntılar altından sağ çıxarıldı
- Myanmada baş verən zəlzələdən sonra Tailand Meteorologiya Departamenti yüzlərlə afterşok qeydə aldı
- Myanmada zəlzələ nəticəsində ölənlərin sayı artdı
- Banqkokda zəlzələdə ölənlərin sayı artdı
Ən çox oxunanlar