Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya ordusu daha iki yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya hərbçiləri iki yaşayış məntəqəsini - Ukraynanın Donetsk vilayətindəki Panteleymonovkanı və Zaporojye vilayətindəki Şerbakini nəzarətə götürüblər.
Oxu.Az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat verir.
Panteleymonovka Nyu-York (Novqorodskoye) şəhər tipli qəsəbəsinin cənub-qərbində yerləşir. Rusiya tərəfi ötən avqustda bu qəsəbənin ələ keçirilməsi barədə məlumat vermişdi.
Şerbaki Zaporojye vilayətinin Orexov rayonunda yerləşir. Həftənin əvvəlində hərbi idarə Orexovun qərbində, bu şəhəri Stepnoqorskla birləşdirən yolda yerləşən Malıye Şerbaki üzərində nəzarəti ələ keçirdiyini bildirmişdi.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət necədir?
- Ukraynada seçkilərin təxirə salınması üçün qanunvericilikdə dəyişikliklər planlaşdırılır
- Vaşinqton Rusiya neftinə qarşı yeni sanksiyaların əleyhinədir
- Niderlanddan Ukraynaya pilotsuz təyyarələrin istehsalı üçün 500 milyon avro
- Oleksandr Merejko: "Ukrayna üçün döyüş meydanında vəziyyət pis deyil"