Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Daily Mail": "Tramp İranın nüvə obyektlərini bombalamağa hazırdır"
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara başlamaq variantını nəzərdən keçirir.
Oxu.Az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, mümkün hərbi zərbə İranın nüvə proqramından irəli gələn təhlükəni tamamilə aradan qaldıra bilər.
Məlumata görə, hazırda Tehranla hesablaşmaq üçün ən optimal andır və bundan daha yaxşı fürsət olmayacaq.
Qeyd olunur ki, bu yaxınlarda ABŞ-nin üç görünməz bombardmançısı "B-2" Hind okeanında yerləşən Dieqo-Qarsiya hərbi bazasında yerləşdirilib. ABŞ bombardmançılarının bir yerdə cəmləşməsi nadir haldır və bu təyyarələr "GBU-57" tipli dəqiq bunker dağıdan bombalar daşıya bilər. Məhz bu silah İranın möhkəmləndirilmiş nüvə sığınacaqlarını məhv etməyə qadirdir.
Bildirilir ki, Trampın ticarət müharibəsi ikinci dərəcəli hadisədir, əsl müharibə isə artıq yaxınlaşır.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp jurnalisti suala görə danladı
- Kiçik Donald Tramp ABŞ prezidentliyinə namizəd ola bilər
- Avropalı diplomat Putin və Trampın Kiyev söhbəti barədə: "Görünür, fikrindən daşınıb"
- Trampın kriptovalyutası ABŞ prezidentinə nə qədər gəlir gətirib? - Məbləğ açıqlandı
- Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayır?