Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyada azərbaycanlı iş adamını güllələyən şəxs 14 ildən sonra tutuldu
Rusiyada Sankt-Peterburq polisi tərəfindən Vıborq rayonunda 14 il əvvəl qətlə yetirilmiş azərbaycanlı iş adamı Elçin Ələkbərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az "Fontankaya"ya istinadən xəbər verir ki, aprelin 1-də hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətməkdə şübhəli bilinən 53 yaşlı kişini saxlayıblar.
İlkin məlumata görə, Elçin Ələkbərov üç güllə yarası alıb və hadisə yerində ölüb. İstintaq zamanı belə bir versiya irəli sürülüb ki, cinayətə səbəb Əlikbərovun sahibkarlıq fəaliyyəti ola bilər.
Qeyd olunur ki, qətl baş verən gün Ələkbərov evə avtomobillə gedib və o, avtomobildən düşən an atəş səsləri eşidilib. Cinayətkar hadisə yerindən qaçıb və gizlənib.
Bildirilir ki, saxlanılan şəxs qətldən bir neçə il əvvəl Sankt-Peterburq bələdiyyələrindən birinə deputat seçkisində namizəd olub. Daha sonra o, ticarət şirkətində icraçı direktor vəzifəsində işləyib. Cavabdeh zərgərlik məmulatları istehsal edən mikromüəssisənin sahibidir.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub
- Tərtərdə gəlinini 24 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən kişi həbs edildi
- ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi: Növbəti AZAL-ın təyyarəsi ola bilər
- Məhkəmə qayınatasını 12 bıçaq zərbəsi ilə qətlə yetirən FHN əməkdaşı barədə QƏRAR VERDİ
- Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ