Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ-də qondarma erməni soyqırımının təbliği üçün qanun layihəsi hazırlanıb
ABŞ-də bir neçə konqresmen qondarma erməni soyqırımına dair təhsil təşəbbüsü ilə qanun layihəsi hazırlayaraq senata təqdim edib.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə qondarma erməni soyqırımı ilə bağlı maarifləndirmə proqramının həyata keçirilməsi təşəbbüsü ilə çıxış edən ABŞ Konqresinin üzvü Dina Titus məlumat verib.
Məlumatda qeyd olunur ki, Dina Titusun təşəbbüsünə konqresmenlər Qas Bilirakis, Devid Valadao və Ted Lyu da qoşulub.
Qanun layihəsi Birləşmiş Ştatlarda tələbələrə qondarma soyqırımı haqqında məlumatların verilməsi üçün təhsil materiallarının hazırlanması, onlayn resursların yaradılması, olmayan bu hadisənin tədris proqramına salınması, müəllimlərin hazırlanmasını nəzərdə tutur. Təşəbbüsün həyata keçirilməsi üçün 5 illik müddət və 10 milyon dollar vəsait ayırmaq da təklif olunur.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ ən güclü nüvə başlıqlarından birini təkmilləşdirdi
- Tramp Maskı "unutdu": Nə baş verir?
- ABŞ-də ən məşhur universitetlərdən biri milyonlarla dollar qrantdan məhrum edildi
- Xamenei ABŞ ilə danışıqların nəticəsinə ümid etmədiyini bildirib
- Putin və Tramp arasında telefon danışığı: Hansı mühüm nəticə əldə olundu?