Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Polisin əmrinə tabe olmayan qazi avtomobilini yandırmaq istədi - DİN-dən REAKSİYA
"Abşeron sakini Qadir Cəfərovun polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi barədə səsləndirdiyi iddialar əsassızdır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirilib:
"Avqustun 21-də paytaxtın Yasamal rayonunda Q.Cəfərov idarə etdiyi "Toyota" markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq işıqforun qadağanedici işarəsində dayanmadığı üçün ərazidə xidmət aparan Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb.
Yoxlama zamanı onun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən edildiyindən avtomobilin cərimə meydançasına yerləşdiriləcəyi barədə ona məlumat verilib.
Bu zaman qazi Q.Cəfərov polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq intizamsızlıq nümayiş etdirib və avtomobilin üzərinə benzin tökərək yandırmağa cəhd edib.
Polis əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb".
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir saxlanıldı
- Mərdəkan sakinləri qorxu içində: "Gecələr yata bilmirik"
- Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanıldı
- Baş ədliyyə müşaviri Firad Əliyev təltif edildi
- Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb olundular