26 
Noy
2023
04:06
111
19
4180
Virtual karabakh

“Porsche” məşhur modelinin istehsalını və satışını dayandırdı - FOTO

26 Noy, 2023
04:06
4180

“Porsche” məşhur modelinin istehsalını və satışını dayandırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın “Porsche” şirkəti “Panamera Sport Turismo” universalının istehsalını və satışını dayandırıb.

Model artıq istehsal olunmayacaq.

Modelin zəif tələbat səbəbindən istehsalı dayandırıldığı qeyd edilir. “Sport Turismo Panamera”nın gəliri ümumi satışlarının 10%-dən azını təşkil edirdi.

“Porsche Panamera Sport Turismo” ilk dəfə 2017-ci ildə təqdim edilib və 2020-ci ildə restaylinq olunub.

Yeri gəlmişkən, “Porsche” üçüncü nəsil “Panamera” modelini təqdim edib. Avtomobillər 2024-cü ilin martında satışa çıxarılacaq. Modelin baza versiyası 353 at gücünə malik 2,9 litrlik V6 turbo mühərrikə sahibdir. Bundan əlavə, modeli hibrid güc aqreqatı ilə sifariş etmək olar.

Avropada baza “Porsche Panamera”nın qiymətləri 107,8 min avrodan (təxminən 200 min manat) başlayır (ikinci nəsil modeldən 10% baha), hibrid versiyanın qiyməti 192,5 min avrodur (357,3 min manat).

Mənbə: Motor1.com

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri