Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
15 il övlad həsrəti çəkən ana YARDIM DİLƏYİR: "Orxana nəsə olsa, ölərəm"
İki yaşlı Orxanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Bənövşə Tağıyeva məlumat verib.
O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:
"Orxanın iki yaşı var. O, doğulan gündən qaraciyərində problem var idi. Daha sonra onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicə etdiririk. İnanın, vəziyyətimiz maddi olaraq çox ağırdır. Həkimlər qaraciyər köçürməsinin onun üçün çox tez olduğunu, bədəninin buna tab gətirməyəcəyini deyirlər".
Bənövşə Tağıyeva Orxanın onun yeganə övladı olduğunu deyib:
"Orxan 15 il sonra dünyaya gəlib. Onun gəlişini necə həsrətlə gözləmişik. Bu qədər həsrətlə gözlədiyim övladımın səhhətinin belə olmağı məni, inanın, çox üzür. Ona nəsə olsa, yəqin ki, ölərəm. Hazırda müalicələri davam etdirə bilmək üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 722-35-42.
Xalq Bank: 4198 4185 7006 8575.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir yaşlı Valehin dəstəyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb
- Cənnətin anası: "Ağrılarına görə bütün günü ağlayır, təcili əməliyyat olunmalıdır"
- Qaynar su dolu qazanı üzərinə aşıran Fatimənin dəstəyə ehtiyacı var
- Dörd yaşlı Vahidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Yalnız anadan yardım ÇAĞIRIŞI: "Övladımın dəstəyə ehtiyacı var"
Rəylər