Ötən il insan alveri qurbanlarının respublikanın rayon və şəhərləri üzrə bölgüsü məlum olub.
Oxu.Az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üçün illik məlumatında əksini tapıb.
Bakıda 19, Gəncədə 8, Ağcabədi və Abşeronda 5, Lənkəranda 4, Beyləqan, Bərdə, Biləsuvar, Qubada 3, Şamaxı, Şirvan, Sumqayıt, Sabirabad, Mingəçevir, Füzuli, Xaçmaz, Göygöl, Xocavənddə 2, Astara, Ağdaş, Ağstafa, Ağsu, Tərtər, Tovuz, Qax, Siyəzən, Naxçıvan, Cəlilabad, Kürdəmir, Goranboy, Şəki, Şabran, Şəmkir, Göyçay, Yevlax, Ucar, Gədəbəy və Zərdabda isə bir nəfər insan alveri qurbanı müəyyən edilib.
Qeyd edək ki, ötən il Azərbaycanda 91 nəfər insan alverinin qurbanı kimi qeydə alınıb.
Mərahim Nəsib