2026-cı ilin dövlət büdcəsində sosial müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat - keçən illə müqayisədə ya 9.1% çox vəsait nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib:
"Həmçinin növbəti ilin dövlət büdcəsində ÜDSY üzrə 465 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili üzrə isə 141.7 milyon manat vəsait ayrılıb".
Nazir deyib ki, dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə reabilitasiya vasitələrinin alınmasına 31.7 milyon manat nəzərdə tutulub:
"Həmçinin DSMF-nin investisiya gəlirləri və dövlət icbari şəxsi sığorta vəsaiti hesabına şəhid ailələrinin, müharibə əlillərinin mənzillərlə təminatına 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur".
Samir Əli