Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsində İrana gedən Azərbaycan vətəndaşının gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Bu barədə Oxu.Az-a DGK-dan bildirilib.
Məlumata görə, yoxlama nəticəsində vətəndaşın üzərində - gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmamış, ümumi çəkisi 279,83 qram təşkil edən və kustar üsulla hazırlanan 1 ədəd qızıl boyunbağı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
A.M.