Mingəçevirdə baş verən dəm qazından zəhərlənmə hadisəsinin bəzi təfərrüatı məlum olub.
Bu barədə Baku TV-yə mərhumun qohumu Günel İsmayılova danışıb.
Onun sözlərinə görə, qohumları mənzilə daxil olanda qazın şiddətli dərəcədə yandığını görüblər:
"Nə qədər çağırsalar da, hay verməyib. Qapını qırıb içəri girəndə görüblər ki, sobanı bağlamaq istəyəndə zəhərlənib və dünyasını dəyişib. Övladı yox idi, tək yaşayırdı".
Daha ətraflı videomaterialda:
Mingəçevirdə 63 yaşlı qadın dəm qazından boğulub.
Oxu.Az-ın məlumatına görə, hadisə dekabrın 3-də saat 13 radələrində baş verib.
Mingəçevir şəhər sakini, 63 yaşlı Əntiqə İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli