Bu gün Xəzər dənizinin Xaçmaz rayonu sahillərində 65 yaşlı kişi dənizdə batıb.
Oxu.Az-ın APA-ya istinadla məlumata görə, Qusar rayon sakini, 1952-ci il təvəllüdlü Arif Əsgərov Nabranda dənizdə çimərkən boğulub. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Morquna gətirilib.
Faktla bağlı araşdırma aparılır.
A.S.