Prezident Bayden vaksinlərə əlçatanlığı təmin edən COVAX təşkilatına yarım milyard Pfizer peyvəndi ianə edəcəyi ilə bağlı məlumat verib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Ümumdünya Səhiyyə Təşkilatının "PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.
Onun sözlərinə görə, bu, pandemiyaya qarşı qlobal mübarizəni güclü şəkildə dəstəkləməyə kömək edən tarixi bir addımdır:
“Çox şadıq ki, Azərbaycan COVAX təşkilatı vasitəsilə müəyyən miqdarda vaksin alıb və bundan sonra da almağa davam edəcəkdir”.
Səfir eyni zamanda Şamaxıda "PROACT-Care” layihəsi çərçivəsində görülən işlərlə bağlı ÜST və TƏBİB nümayəndələrinə, eləcə də Səhiyyə Nazirliyinə təşəkkür edib.
Könül Cəfərli