Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Abşeronda QƏZA: Yük maşını yaşayış evinin DİVARINA ÇIRPILDI
Abşeron rayonunun Məmmədli qəsəbəsində yük maşını yaşayış evinin divarına çırpılıb.
Oxu.Az xəbər verir ki, hadisə qəsəbənin Hüseyn Rəhmanov küçəsində qeydə alınıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev faktı təsdiqləyib.
"Yol-nəqliyyat hadisəsi fevralın 28-i saat 6:30 da baş verib. Belə ki, 77-SQ-516 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü Teymur Ruslan oğlu Rzazadə yerin sürüşkən olması səbəbindən sərt döngədə idarəetməni itirib və qarşıdan gələn avtobusla toqquşmamaq üçün sükanı çevirib. Nəticədə nəqliyyat vasitəsi yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində sürücü ayağından yüngül dərəcədə xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır", - deyə açıqlamasında bildirilir.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Qaradağda QƏZA: Sərnişin avtobusu YÜK MAŞININA ÇIRPILIB
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI