Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Neftçi"nin sabiq baş məşqçisi özünə İranda yeni komanda tapdı
"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç növbəti dəfə iş yerini dəyişib.
Oxu.Az xəbər verir ki, monteneqrolu mütəxəssis İranda yeni kluba keçib.
Maliyyə şərtlərini yerinə yetirmədiyi üçün "İstiqlal Xuzestan" klubu ilə müqaviləsini birtərəfli ləğv edən 56 yaşlı çalışdırıcı İranın yüksək liqasının digər təmsilçisi "İstiqlal"la anlaşıb. Tərəflər arasında bir müddətdir aparılan danışıqlar müsbət yekunlaşıb və Bojoviç "İstiqlal"la münasibətləri rəsmiləşdirib.
Komanda onun rəhbərliyi altında martın 3-də Asiya Çempionlar Liqasının pley-off mərhələsində Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, 2023-24 mövsümündə "Neftçi"ni çalışdıran Miodraq Bojoviç 2000-ci ildən bəri məşqçilik karyerası ərzində 22 dəfə komanda dəyişib.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Azərbaycan Kuboku: "Araz-Naxçıvan" "Qarabağ"a qalib gəldi
- Misli Premyer Liqası: "Zirə" doğma meydanda üç xala sevinib
- "Sumqayıt" - "Sabah" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib
- "Neftçi" Rüfət Abdullazadəni heyətinə qatmaq istəyir
- "Əsas bayram yarışlarda qalib gələrkən olur" - Çempionlarımızdan Novruz təbriki