Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə Kubokunda yeni derbi həyəcanı
Türkiyə Kubokunun 1/4 final mərhələsində üz-üzə gələ biləcək komandalar bəlli olub.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, qrupda birinci yerdə yer alan "Trabzonspor", "Fənərbağça", "Beşiktaş", və "Konyaspor" ikinci olan rəqiblərlə üzləşəcək.
Belə ki, ikinci yerlə növbəti mərhələyə adlamağa şans qazanan "Qalatasaray" eyni qrupda mübarizə apardığı üçün "Konyaspor"la qarşılaşmayacaq. "Sarı-qırmızılar" "Fənərbağça", "Beşiktaş" və ya "Trabzonspor" olmaqla bu üç klubdan biri ilə üz-üzə gələcək.
Qrupda ikinci pillədə qərarlaşaraq növbəti mərhələyə yüksəlmə şansı əldə edən digər klublar isə "Göztəpə", "Bodrumspor" və "İskəndərunspor"dur.
Qeyd edək ki, kubokun bu mərhələsinin görüşləri bir oyundan ibarət olacaq. Məğlub olan komanda kubokla vidalaşacaq. Görüşlər isə qrupu lider adlayan komandaların meydanında baş tutacaq.
"Türkiyə Kuboku" teqi üzrə xəbərlər
- Türkiyə Kuboku: "Qalatasaray" "Konyaspor"la bacarmadı
- Türkiyə Kuboku: "Fənərbağça" qrup lideri oldu
- Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- Türkiyə Kuboku: "Beşiktaş" - "Antalyaspor"la görüşdən qalib ayrıldı
- "Beşiktaş" klubu kapitanı ilə müqavilə müddətini daha iki il uzatdı