Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Afət Fərmanqızı aeroportda saxlanıldı - Vəkilindən AÇIQLAMA
"Afət Fərmanqızının saxlanılmasından məlumatsızam. Saxlanılıbsa, lap yaxşı, deməli, işimiz irəli gedəcək".
Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Flora Kərimovanın vəkili Xavər İsmayılova müğənni Afət Fərmanqızının saxlanılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Vəkil bildirib ki, Afət Fərmanqızı ilə bağlı məhkəmə qərarının icrası Binəqədi rayon Polis Şöbəsinə göndərilib:
"Məhkəmə qərar verib, onun barəsində həbssiz axtarış elan olunub. Onun icrası da Binəqədi rayon Polis Şöbəsinə göndərilib. Qərarın icrasından xəbər yox idi. Səbəb də bu idi ki, Afət xanım Azərbaycana gəlmirdi. Bakıya qayıdan kimi Binəqədi Polis Şöbəsi onu saxlayıb məhkəməyə gətirməli idi. Polis öz vəzifəsini icra edib".
Xavər İsmayılova Afət Fərmanqızının məhkəmədən yayındığını qeyd edib.
Qeyd edək ki, bu gün müğənni Afət Fərmanqızının saxlanılması ilə bağlı məlumat yayılıb.
Xatırladaq ki, Xalq artisti Flora Kərimovayla olan məhkəmə çəkişməsinə görə Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən barəsində həbssiz axtarış elan olunub.
17:21
Müğənni Afət Fərmanqızı saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Afət Fərmanqızı bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polis tərəfindən saxlanılaraq aidiyyəti üzrə məhkəməyə təhvil verilib.
Hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Afət Fərmanqızının işinə baxılır.
Bildirək ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək polisə təşəkkür edib:
"Biz burdayıq, hər şey gözəldir. Azərbaycan polisinə təşəkkür edirik".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək qarşı tərəfin üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat ödəməsini tələb edirdi. İşə Binəqədi Rayon Məhkəməsi baxıb.
Ekspert rəyləri də Xalq artistinin iddiasının əsaslı olduğunu göstərib, A.Fərmanqızının sosial şəbəkələrdə iddiaçıya münasibətdə dediklərinin şərəf və ləyaqəti ləkələyən sözlər olduğu sübut edilib. Məhkəmə mülki iddianı qismən təmin edib. Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq iddiaçı Flora Kərimovaya ödənilməlidir.
Xatırladaq ki, Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı haqda həbssiz axtarış qərarı çıxarıb.
Əzizə İsmayılova
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi