Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır.
Oxu.Az xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.
Xatırladaq ki, ötən gün Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin planlaşdırılan nişan mərasimi zamanı çəkiliş aparan media qurumlarının əməkdaşlarına hücum olunub. Toy sahibləri çəkilişə etiraz edərək televiziya əməkdaşlarına qarşı zorakılıq tətbiq ediblər.