Tərtərdə minaya düşərək xəsarət alan şəxsin ayağı amputasiya ediləcək.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu gün saat 20:30-da Tərtər rayonunun Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub:
"Sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".
Qeyd edək ki, bu gün mina partlayışında xəsarət alan Telman Hüseynovun atası da mina qurbanı olub. Bu barədə APA-ya kənd sakinləri məlumat veriblər.
Telman Hüseynovun atası Əhməd Hüseynov 1992-ci il 16 iyun tarixində Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mal-qara otaranda minaya düşərək həlak olub.
Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini Telman Əhməd oğlu Hüseynov ərazidən çıxarılıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralıya ilkin tibbi yardım göstərilib.
T.Hüseynov sol ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb. Yaralının Bərdə Rayon Mərkəzi xəstəxanasının Travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.
Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.
Məlumata görə, Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini Telman Əhməd oğlu Hüseynov ərazidə mal-qara otararkən minaya düşüb.
Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.