Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Agentlikdən əhaliyə içməli su ilə bağlı daha bir VƏD
"Günorta saatlarından sonra suyun Bakının digər ərazilərinə də çatması mümkün olacaq".
"Report" xəbər verir ki, bu məlumat Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib.
Bildirilib ki, Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərazilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir.
Məlumatda qeyd edilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir:
"Artıq 80 faiz ərazi içməli su ilə təmin edilib".
Xatırladaq ki, ötən gün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Musaoğlu günorta saatlarında əhalinin su təminatının normal rejimdə bərpa olunacağını vəd etmişdi.
Rəylər