Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ağır yanıq xəsarətləri alan Narinin anası: "25 gündə övladım üç dəfə ağır əməliyyatlar keçirdi"
Üç yaşlı Narin ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Atlas Həsənova məlumat verib.
O bildirib ki, hadisə martın 2-si baş verib:
"Biz Sabirabadda yaşayırıq, mən qatıq sataraq pul qazanıram. Martın 2-si qatıq düzəltmək üçün süd qaynatmışdım. Narin oynayarkən bilmədən gəlib qazana dəyib, südü ayaqlarına tökdü. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq".
Atlas Həsənova bildirib ki, övladı üç dəfə ağır əməliyyat keçirib:
"Biz 25 gün xəstəxanada qaldıq. Bu 25 gündə övladım üç dəfə ağır əməliyyatlar keçirdi. Narin evə çıxan gündən sizin oxucuların dəstəyi ilə müalicələrini edə bilirik. Hazırda Narinin dərmanlarını almaq üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 433-39-77.
Kapital Bank: 4169 7388 5154 7202.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yeddi aylıq Zeynəbin əməliyyata ehtiyacı var
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
- İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
Rəylər