Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalırlar - DİN xəbərdarlıq edir
Vətəndaşlara yaxın qohumlarının xəstə olması, müalicəsinə təcili pul lazım olması ilə bağlı kütləvi zənglər edilir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbərdarlıq yayıb.
Qeyd olunur ki, naməlum şəxslər müxtəlif xarici, yerli nömrələrdən mobil və ev telefonlarına zənglər etməklə yaxın qohumları - övladı, bacısı, qardaşı, atası və anasının xəstəxanaların birində ağır vəziyyətdə olması ilə bağlı vətəndaşlara yalan məlumatlar verərək təcili ödəniş edilməsi üçün müxtəlif məbləğlərdə pul vəsaitləri tələb edirlər. Cinayətkar şəxslər və qruplar tərəfindən, əsasən, ahıl, tənha vətəndaşlar hədəf seçilməklə, onların yaşadıqları ünvanlara kuryerlər göndərməklə tələb olunan vəsaitlər nağd və ya onlayn formada ələ keçirilir.
Bunları nəzərə alaraq, DİN-dən diqqətə çatdırılıb ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Milyonçunun pulunu mənimsəməkdə ittiham olunan şəxs Səfər Əbiyevin keçmiş kürəkəni olub?
- Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
- Prokuror "Talassemiya işi"nə görə təqsirləndirilənlərə ağır cəza istədi
- Haker proqramları ilə külli miqdarda dələduzluq: Zərərçəkənlər danışdılar
- 13 yaşlı qızdan 82 min manatlıq qızıl alan oğlanın cəzası artırıldı