Dünya ölkələri üzrə saytların reytinqini göstərən alexa.com saytı Azərbaycan bölməsini bərpa edib.
Bölmə fevralın 28-dən etibarən ləğv edilmişdi. Məsələyə aydınlıq gətirən şirkət bildirmişdi ki, buna səbəb Azərbaycan saytlarının botlar vasitəsilə yaradılan süni trafikdən istifadə edərək, nəticələrlə manipulyasiya etməyə çalışmasıdır.
Qeyd edək ki, Oxu.Az informasiya agentliyi alexa.com saytında Azərbaycanda ən çox ziyarət olunan saytlar arasında 8-ci yerdə qərarlaşıb.