Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Allahşükür Paşazadə: “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”
“Koronavirusla mübarizədə iştirak edən həkimlər və digər zəhməti keçən şəxslər əgər dünyasını dəyişsələr, o biri dünyada şəhadət tapacaqlar, yəni şəhiddirlər”.
“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində deyib.
O bildirib ki, koronavirusla mübarizədə iştirak edənlər sanki müharibədə düşmənlə üzbəüz gələrək canını, qanını qurban verirlər:
“Ona görə də biz həmin insanların qədrini bilməliyik. Allahın bizə bəxş etdiyi bu canı qorumalıyıq. Bu, bizim borcumuzdur. Eyni zamanda, ehtiyacı olan insanlara kömək etmək savab işdir. Lakin kimsə bu məsələdə qanuna riayət etmədən başqasını da xəstələndirirsə və onlar rəhmətə getsə, onun bütün insanlığı öldürən qədər günahı var. Çünki həmin şəxs tək özünü deyil, başqalarının da həyatını təhlükəyə atmış olur”.
"Allahşükür Paşazadə" teqi üzrə xəbərlər
- Matəm günü ölkənin bütün məscidlərində faciə qurbanları anılacaqlar
- Şeyxülislam vahid geyimə riayət etməyən din xadimlərini tənqid etdi
- Allahşükür Paşazadə: "Din xadimlərinin ən mühüm vasitəsi sözdür, moizədir, xütbədir"
- Kəmaləddin Heydərovdan Allahşükür Paşazadənin qohumunun yerinə TƏYİNAT
- Allahşükür Paşazadəyə məxsus olduğu deyilən klinika qeyri-leqal fəaliyyətlə məşğul olub?
Rəylər