Bakıdakı "Alov Qüllələri" kompleksinin ətraf ərazisində hidrogeoloji və sürüşmə ilə bağlı tədqiqat aparılacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti hazırlıqlara başlayıb.
Məlumata görə, Yaponiyanın "Shinyei Kaisha" şirkəti ilə dəyəri 61.8 min və 879 278 min (941 078 AZN) olan iki müqavilə imzalanıb.