Parlamentdə azlıq təşkil edən 6 siyasi partiya Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədinin siyahısını Milli Məclis Aparatına təqdim edib.
Bu barədə “Report” məlumat yayıb.
Qeyd edək ki, parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.
Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov
ReAL Partiyası – Mətin Rəhimli