Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə rəis təyin edilib.
Oxu.Az AMEA-nın saytına istinadən xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub.
Fikrət Feyziyev şöbənin rəisi vəzifəsinə təyin edilib.
İclasda o da bildirib ki, Botanika və Dendrologiya institutlarının direktorlarının səlahiyyət müddəti bitib. Bu səbəbdən həmin institutlara direktor seçkilərinin keçirilməsi qərara alınıb.
E.Ə.
www.oxu.az