Bu gün bol enerjili, güclü, maraqlı ideyaları təbliğ etmək arzusunda olan, biznesdə kifayət qədər müvəffəqiyyətlə özünü sınayan analardan ibarət yeni nəsil üzə çıxıb. Onlar həmin analardır ki, ikinci və üçüncü övladının dünyaya gəlişindən sonra ən optimal qərar olaraq çalışdıqları yerə qayıtmamaq arzusu ilə öz işlərini qurmaq istəyirlər.
Oxu.Az xəbər verir ki, “Active Mom’s Club” analar cəmiyyəti Azərbaycanda qadın sahibkarlara dəstək və onların inkişafına yönələn “Analar biznesdə” (“Moms in business”) adlı sözügedən yeni layihəni təqdim edib.
Bu layihə öyrənmək, təcrübə və bilik mübadiləsi etmək istəyən, öz işini qurmaq və uğur qazanmaq arzusunda olan analar üçün bir platformadır. Əsas məqsəd qadınların biznes təşəbbüslərini asanlaşdırmaqdır.
“Analar biznesdə” layihəsi əhəmiyyətli məsələləri həll etməyə kömək edir. Belə ki, layihə analara özünə inanmağa, lazımi səlahiyyətləri almağa, sevimli işlə məşğul olmağa və şəxsiyyət kimi reallaşmağa imkan yaradır.
Bu layihə həmçinin biznesin idarə edilməsi haqqında öz bilik və təcrübələrini strukturlaşdırmaq, insanlarla ünsiyyət qurmaq, artıq öz biznesini inkişaf etdirən mühitin nümayəndələri ilə şəbəkə qurmaq üçün dəyərli imkanlar yaradır.
50 ananın iştirak etdiyi işgüzar səhər yeməyində Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik biznes üçün prqram konsultantı Emin Hüseynzadə, digital mütəxəssis Süleyman Əliyev və 20 illik iş təcrübəsinə malik sahibkar Fatimə Aslan çıxış etdilər.
Qonaqlar təqdimatda iştirak edənlərə qadınların öz işlərini inkişaf etdirmək üçün maliyyə əldə etmək imkanlarından, öz işinə başlamaq və təşkil etmək yollarından və yeni başlayan sahibkarların bəzi səhvlərindən söhbət açdılar. Çıxış edən qonaqların əsas ismarıcı ondan ibarət idi ki, öz işini qurmağın ən asan yolu odur ki, nəyi bacarırsan, onu et.
Spikerlər:
20 illik iş təcrübəsinə malik sahibkar Fatimə Aslan:

“Biznesin inkişafının sadələşdirilməsinə yönəldilmiş dövlət siyasətinin ümumi tendensiyasının sayəsində bu gün qadınlar üçün də işin qurulması və inkişafı üçün böyük ilkin şərtlər var”.
Digital mütəxəssis Süleyman Əliyev:

“Belə təlimlər öz işlərini qurmaq istəyən insanlar üçün olduqca böyük məna kəsb edir. Bugünkü tədbir çox nadir yığıncaqlardan biridir, hansı ki, öz şəxsi işini quran zaman istifadə edəcəyi mühüm məlumatları əldə etmək mümkündür”.
Qonaqlar:
Səbinə Qasımova - Estetik mərkəzin rəhbəri:

“Çox şadam ki, bugünkü işgüzar səhər yeməyində iştirak etdim. Tədbirdən faydalı məlumatlar əldə etdim. Biznesin müxtəlif sahələrindən olan analarla tanış oldum”.
Samirə Məlikova - Xarici dil mərkəzinin rəhbəri

“Sahibkar, işgüzar ana olaraq hesab edirəm ki, bu cəmiyyət olduqca mühümdür. Analar cəmiyyətinin hazırkı təşəbbüsü qadınların özlərini təsdiq etməsinə yardım edir. Bu layihə fikirlərin, təcrübələrin, biliklərin mübadiləsi üçün açıq meydan oldu”.
“Active Mom’s Club”ın fəaliyyəti haqqında daha ətraflı “Facebook” sosial şəbəkəsindəki qapalı qrupdan məlumatlanmaq mümkündür:
https://www.facebook.com/groups/activemomsclub/
Şəxsi səhifə:
https://www.facebook.com/ActiveMomsClub/
https://www.instagram.com/activemomsclubbaku/
Təklif və istəklərinizi e-mail ünvanına göndərə bilərsiniz: info@activemoms.club














A.S.
www.oxu.az