Pakistanın Lahor şəhərində bahalı mağazalar və restoranların olduğu rayonda baş verən partlayışda ən azı altı nəfər ölüb.
Oxu.Az BBC-yə istinadən xəbər verir.
Hadisə nəticəsində 30 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Polisin məlumatına görə, hadisəyə səbəb partlayıcı qurğunun işə düşməsidir.
Hadisə şəhərin bahalı rayonunda baş verib, bu ərazidə əsasən zəngin pakistanlılar yaşayır.
“Reuters”in məlumatına görə, birinci partlayışdan sonra növbəti partlayış baş verib, zərərçəkənlər barədə məlumat yoxdur.
N.О.
www.oxu.az