Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Anar Kərimov ermənilər tərəfindən Zəngilandakı məscidin təhqir olunmasına münasibət bildirib.
Bu barədə nazir müavini “Twitter” hesabında yazıb.
“Mədəniyyət Nazirliyi Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat verərək, bu mənfur aktın nəinki müsəlman dünyasına, ümumbəşəri dəyərlərə hörmətsizlik olduğunu vurğulayır və bu əməllərin pislənilməsinə çağırır”, - deyə Anar Kərimov bildirib.
Mədəniyyət Nazirliyi Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat verərək, bu mənfur aktın nəinki müsəlman dünyasına, ümumbəşər dəyərlərə hörmətsizlik olduğunu vurğulayır və bu əməllərin pislənilməsinə çağırır https://t.co/FLvRCEPmHT
— Anar Karimov 🇦🇿 (@Anar_Karim) October 23, 2020